SON DƏQİQƏ
» » Hacı Nuran Röya haqqında: "Bir boşqabdan yemək yemişik..."

Hacı Nuran Röya haqqında: "Bir boşqabdan yemək yemişik..."

Tarix:

8-02-2020, 15:19

/ 1 530 dəfə oxundu.
Hacı Nuran Röya haqqında: "Bir boşqabdan yemək yemişik..."

Məşhur aparıcı Hacı Nuran Teleqraf.com-un suallarını cavablandırıb.

- Nuran bəy, yaxın günlərdə ad gününüzü qeyd etdiniz. Maraqlıdır ki, özəl gününüzü bir ay qeyd etməyinizə səbəb nədir?

- Hər il ad günüm təmtəraqlı keçir. Dostlarım da artıq belə qeyd etməyə başlayıblar. Hamı soruşur ki, dəqiq tarix nə vaxtdır. Ayın 23-dən sonra ad günümə start verilir. Dostlarım təbrik etməyə başlayırlar. Yaxşılıq etmək Həcc ziyarətinə getmək kimi bir işdir. Mən də kimisə zamanında sevindirmişəm. Onlar da məni sevindirir. Ad günümdə yenilik hiss edirəm.

- Bu il evlənməyi düşünürsünüz?

- Əslində evlənmək hər il planda var, amma həmişə uzanır. Bəlkə, bu il evləndim, qismət.

- Şou-biznesdən olan xanımla evlənərsiniz?

- Niyə də yox. İnsanın harada çalışmasının fərqi yoxdur. Ən önəmlisi insan olsun. Övladları üçün ana, bacı, mənim üçün dost olsun. Həyatı boşuna və dedi- qoduyla keçirməsin.

- Qısqancsınız?

- Qısqanc olmağın dərəcəsi var, baxır nəyə görə...

- Bir müddət əvvəl Röya Ayxanın zarafatla "Hacı Nuranla evlənərəm, amma evə gec gəlir" deməsi maraqla qarşılandı...

- Onunla 22 ilə yaxındır ki, dostluq münasibətimiz var. Röya fəaliyyətinə yeni başlayırdı. Bizim zarafatımız var, deyir ki, "mən sənə ərə getməyəcəm, çünki evə gec gəlirsən". Röya yaxşı dostdur və vəfalı insandır. Bir boşqabdan yemək yemişik. Mən xəstə olanda Almaniyaya gəldi, reanimasiyada idim. Mənimlə iki saatlıq görüşdü, birlikdə güldük, ağladıq. İki saata görə bu qədər yolu gəlmişdi. Hüseyni də çox istəyirəm. O mənim övladım kimidir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ