SON DƏQİQƏ
» » Məhkumluq həyatı yaşayan yerli tanınmışlar - Aqil M.Quliyev, Elşad Xose, Maral Tahirqızı… - FOTO

Məhkumluq həyatı yaşayan yerli tanınmışlar - Aqil M.Quliyev, Elşad Xose, Maral Tahirqızı… - FOTO

Tarix:

7-02-2020, 14:48

/ 2 253 dəfə oxundu.
Məhkumluq həyatı yaşayan yerli tanınmışlar - Aqil M.Quliyev, Elşad Xose, Maral Tahirqızı… - FOTO

Hər zaman məşhur insanların şəxsi həyatı, onlarla bağlı bütün məlumatlar cəmiyyətin maraq dairəsində olur. O cümlədən də bizim məşhurlar. Ölkəmizdə xeyli tanınmış sima var ki, onlar sənətləri ilə yanaşı həyatlarında baş verən hadisələrlə də yadda qalıblar.

GunAz.az ölkə.az-a istinadən məhkumluq həyatı yaşayan məşhurların siyahısını əqdim edir.

Siyahımızın ilk sırasında dünyasını dəyişmiş repçi Hüseyn Dərya yer alır.

Məşhur rep ifaçısı Hüseyn Dərya narkotik istifadəçisi kimi məhkumluq həyatı yaşayıb. Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı repçi H.Dəryanın üzərindən heroin aşkar edilib və o həbs olunub. O, Cinayət Məcəlləsinin (CM) 228.4-cü (qanunsuz olaraq qaz silahı, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama və ya satma) maddələri ilə ittiham olunub. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Hüseyn Dərya (Muradov) 1 il həbs cəzası alıb.

Repçi Elşad Xose (Əliyev) də narkotikdən istifadə etdiyi üçün həbs olunanlardandır. O, 2010-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs edilib və bir müddət məhkumluq həyatı yaşayıb.

Tanınmış muğam ifaçısı, "Xalq Ulduzu" musiqi yarışmasının iştirakçısı olmuş Səfa Məmmədov Azərbaycanda külli miqdarda pul oğurluğunda təqsirli bilinərək Suraxanı Rayon Polis İdarəsi tərəfindən məsuliyyətə cəlb olunub. S.Məmmədov 2011-ci ilin iyul ayında Qaraçuxur qəsəbə sakini İlkin Yusifovun mənzilindən 60 min manat və 20 min dollar oğurlamaqda təqsirləndirilib.

Rejissor Aqil M.Quliyevə 2013-ci il aprelin 23-ü Xətai rayon Məhkəməsində keçirilən prosesdə 1 il 6 ay həbs cəzası verilib. Buna səbəb isə rejissorun Mariana Turabova adlı xanımdan 150 min manat borc pul alıb və qaytarmaması olub.

Siyahımızı 2014-cü ildə həbs olunaraq 3 il 6 ay məhkumluq həyatı yaşayan teleaparıcı İlham Mirzəyevlə davam edirik. Qeyd edək ki, tanınmış teleaparıcı dələduzluqda ittiham olunub.

Müğənni Maral Tahirqızı isə əxlaqsızlıq yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri kirayə vermə maddəsi ilə həbs olunub.

2015-ci ildə məhkəmə tərəfindən 3 il müddətinə azadlıqdan məhrum edilən müğənni cəza müddətinin üçdə iki hissəsini çəkdiyinə görə qanunun verdiyi imkandan yararlanaraq vaxtından əvvəl azadlığa çıxıb.

Azərbaycanl ilk dəfə "Eurovision-2008" mahnı müsabiqəsində təmsil edən müğənni Samir Cavadzadənin də adı cinayətdə hallanan məşhurlardandır. 2011-ci il 20 sentyabrda Nəsimi rayonu Mirəli Qaşqay küçəsi, 32 ünvanında dostu Elvin Hüseynovu bıçaqlaması ilə əlaqədar saxlanılan mügənni dəmir barmaqlıqlar arasında çox qalmasa da, cinayətin onun tərəfindən törədilməsi istintaqla sübuta yetirilib.

2017-ci il oktyabrın 23-də Bakıda xüsusi təyinatlı vaqondan məhbusların qaçmasına köməklik etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın həbs olunaraq 5 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra onun cəzası 2 ilə endirilib və 2019-cu ilin oktyabr ayında azadlığa buraxılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ