SON DƏQİQƏ

Aynişan əsəbiləşdi: "Camaatı iyrəndirməyin"

Tarix:

6-02-2020, 12:20

/ 1 797 dəfə oxundu.
Aynişan əsəbiləşdi: "Camaatı iyrəndirməyin"

Xəbər verdiyimiz kimi, fevralın 1-də Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyevanın dəbdəbəli toy mərasimi baş tutub.

Fitness məşqçisi Kənan Əliyevlə ailə həyatı quran Aynişanın toy məclisindən görüntülər son günlər sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzulardandır.

AZXEBER.COM xəbər verir ki, Aynişan son günlər haqqında çox paylaşım edilməsinə etiraz edib.

"Hər addımımızı paylaşıb, camaatı iyrəndirməyin", – deyə Aynişan sosial şəbəkədə qeyd edib.

Qeyd edək ki, cütlüyün oğlan toyu fevralın 8-də Ağcabədi rayonunda keçiriləcək. Buna səbəb isə K.Əliyevin qohumlarının və ailə yaxınlarının Ağcabədidə yaşamasıdır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ