SON DƏQİQƏ
» » "Mən kinli insan deyiləm"-Kənan MM İlkinlə qalmaqalından DANIŞDI

"Mən kinli insan deyiləm"-Kənan MM İlkinlə qalmaqalından DANIŞDI

Tarix:

3-02-2020, 21:01

/ 2 175 dəfə oxundu.
"Mən kinli insan deyiləm"-Kənan MM İlkinlə qalmaqalından DANIŞDI

Ötən il aparıcı və aktyor İlkin Həsəni və rejissor Kənan MM arasında qalmaqal yaşanmışdı.
Rejissor, aktyor Kənan M.M Big.az-a açıqlama verərək, artıq bütün problemlərin həll olduğunu bildirib:

"Hər şey yaxşıdır. İlkin mənim balaca qardaşımdır. Mən kinli insan deyiləm. Amma bəzi şeylər var, onları demək lazımdır ki, insan səhvini düzəltsin".

Qeyd edək ki, qalmaqala rejissorun Feysbuk sosial şəbəkəsində yazdığı status səbəb olub. Kənan statusunda yazdığı şərhdə İlkin Həsəninin müəllifi olduğu layihələrə "sataşıb": "Sizi Fəlakətlər, Bozbaşlar gözləyir, hələ görəcəyiniz günlər qabaqadadır" yazıb. Bu şərhdən sonra sosial şəbəkədə tərəflər arasında söz atışması başlayıb. İlkin Həsəni onun bu şərhini cavabsız qoymayaraq Kənan MM-nin rejissor kimi fəaliyyətini tənqid edib. Tərəflər arasında söz atışmasına dostları da qoşulub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ