SON DƏQİQƏ

Azəriqızı Günel sevgilisindən ayrıldı?

Tarix:

23-01-2020, 10:55

/ 1 503 dəfə oxundu.
Azəriqızı Günel sevgilisindən ayrıldı?

"Həyatdan aldığım ən böyük dərs - sevgisiylə qarşısında sapsağlam dura bilməyən birinə əsla yaslanmayacaqsan".

Bu sözləri Türkiyədə yaşayan müğənni Günel Zeynalova instaqramda yazıb. Son günlərdə kədərli paylaşımları ilə diqqət çəkən ulduz onu incidənləri Allaha həvalə etdiyini yazıb:

"Acını şirin dillə anladan dost deyilmi? Günlərdir ki, oflar, ahlar, gəl-getlər... Sən onları Allaha şikayət etmədin, Allah bağışlasın dedin... Sənin gücün Allaha inamın...

"Həqiqəti bildiyim halda yalanı dinləməyi sevirəm" sitatını çox sevirəm, amma mən bildiyim yalanları artıq dinləmirəm".

Məlumat üçün bildirək ki, məşhur iş adamı Rza Zərrabla illər əvvəl eşq yaşayan ulduz iki dəfə nişanlı olub. Onun bu münasibətləri uğursuzluqla bitib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ