SON DƏQİQƏ
» » Rozanın əsl adı görün nə imiş - Müğənni hamıdan gizlətdiyi bu sirrini ilk dəfə etiraf etdi

Rozanın əsl adı görün nə imiş - Müğənni hamıdan gizlətdiyi bu sirrini ilk dəfə etiraf etdi

Tarix:

3-01-2020, 12:47

/ 1 473 dəfə oxundu.
Rozanın əsl adı görün nə imiş - Müğənni hamıdan gizlətdiyi bu sirrini ilk dəfə etiraf etdi

Bir neçə gündür ki, müğənni Roza Zərgərlinin oğlu Corc Qafarovun Qaraçuxur bələdiyyəsinə üzv seçilməsi müzakirələr yaradıb. Hazırda "İmtahan" serialında rol alan gənc aktyorun səsvermədə uğur qazanması sosial şəbəkələrdə həm tənqidlə qarşılanıb, həm də müsbət qiymətləndirilib. 
 
GunAz.az müğənni və oğlu ilə görüşərək onların mövzu barədə fikirlərini öyrənib. C. Qafarov fəaliyyətindən bəhs edərək onu seçkilərdə iştirakına görə, qınayanlara münasibət bildirib. 

Corcun uşaqlığından, bioloji anasından danışan Roza Zərgərli adının Leyla olduğunu açıqlayıb. Müğənni bunu ilk dəfə etriaf etdiyini deyib:

"Corcun bioloji anası Leyla xəstəxanaya düşdü, 6 aylıq müalicədən sonra dünyasını dəyişdi. Mən onda Corca ana deyildim, anasının rəfiqəsi idim. Leyla qapıdan çıxandamənə dedi ki, "Roza, sənin adın Leyladır. Biz səninlə adaşıq".  Mən onda şok yaşadım. Mənim Quranla qulağıma oxunan adım Leyladır. Bunu anamdan, atamdan və yoldaşımdan başqa bilən yoxdur və o qadın məni tanımırdı,  o bunu bilə bilməzdi. Mən bunu böyük qüvvələrə  bağlayıram.  

O mənə dedi ki, "Mənim səndən bir ricam var, mən olmasam, Corcdan da, Jerardan da muğayat ol".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ