SON DƏQİQƏ
» » Bu da Manaf Ağayevin heç vaxt görmədiyiniz, çox gözəl həyat yoldaşı- FOTO

Bu da Manaf Ağayevin heç vaxt görmədiyiniz, çox gözəl həyat yoldaşı- FOTO

Tarix:

2-01-2020, 11:00

/ 2 054 dəfə oxundu.
Bu da Manaf Ağayevin heç vaxt görmədiyiniz, çox gözəl həyat yoldaşı- FOTO

"İlk sevdiyim xanımla evlənmişəm. Həyat yoldaşım heç vaxt efirdə qonaq olmayıb. Bu, həyatı boyu ola bilməz. Oğlanlarım efirdə görünüb, amma xanımım yox. Arvadı çəkmək, mənim haqqımda danışdırmaq nəyə lazımdır? O, ali savadlı, danışıq qabiliyyəti olan biridir. Amma ehtiyac duymuram". "Qafqazinfo" xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev "Ay Zaur" proqramında deyib. Sənətçi efirdə şəxsi həyatından, xanımı və üç övladından söz açıb: "Bir Allah şahiddir ki, ən qorxduğum, yaralı yerim ailəmdir. Onlara demişəm ki, bir şey olsa, mən sizə heç nə etmərəm, özümü öldürərəm. Onları bu yolla qorxuduram. Ona görə də, övladlarımla fəxr edirəm. Üç övladım var, onlar bir manat belə mənə ziyan vurmayıblar. Bakı balaca şəhərdi, hamı bir-birini yaxşı tanıyır. Buna görə mən rahat danışıram. Qızım mənə daha çox bağlıdır, o, mənimlə nəfəs alır". Qeyd edək ki, sözügedən proqramda M. Ağayevin ilk dəfə toyundan görüntülər yayımlanıb.

 

скачать dle 12.1

Şərhlər