SON DƏQİQƏ
» » “Publikaya oynamaq yaxşı deyil...” - Brilliant Röya ilə bağlı video paylaşdı

“Publikaya oynamaq yaxşı deyil...” - Brilliant Röya ilə bağlı video paylaşdı

Tarix:

3-12-2019, 19:47

/ 803 dəfə oxundu.
“Publikaya oynamaq yaxşı deyil...” - Brilliant Röya ilə bağlı video paylaşdı

Xalq artisti Brilliant Dadaşova İnstaqramda video paylaşaraq Röya Ayxanın açıqlamasına münasibət bildirib.

Brilliant Dadaşova deyib: "Əziz dostlar, deyirsiniz ki, Röya haqqınızda dezinformasiya yayır. Ümumiyyətlə, Röyadan bunu gözləməzdim. Publikaya oynamaq yaxşı deyil. Röya bu mövzunu bilmirsə, kaş deyərdi ki, xəbəri yoxdur. Şərh yazdı, sildi və sair. İnsan xəbəri olmayan hadisəni danışmaz.

Vətənpərvərlik hissi ilə oyanamaq yaxşı deyil. Qarabağ hamımızın yaralı yerimizdir. Qarabağlı deyiləm, amma azərbaycanlıyam. Dəfələrlə döyüş bölgələrində əsgərlərimizə mənəvi dəstək olmağa çalışımışam.

Dünaynın 30 ölkəsində Qarabağ deyə oxumuşam".

Qeyd edək ki, xalq artisti Röya Ayxan "3D" verilişində xalq artisti Brilliant Dadaşovanın Azərbaycan mahnısını oxuyan erməni əsilli müğənninin ifasına "super" şərhi yazması haqda bu sözləri deyib: "Bəs, niyə sonra şərhi pozdu? Deməli, etdiyinə güvənmək istəmədi. Mənim millətimi incidən adama super yazmaram. Brilliant xanımla razı deyiləm. Qarabağlıyam, nəslim-köküm əziyyət çəkir".

https://www.instagram.com/brilliantdadashova/?utm_source=ig_embed

скачать dle 12.1

Şərhlər