SON DƏQİQƏ
» » Tacir Şahmalıoğludan Fədayə Laçın haqda gözlənilməz sözlər: "Dostlarla yeyib-içəndə..."

Tacir Şahmalıoğludan Fədayə Laçın haqda gözlənilməz sözlər: "Dostlarla yeyib-içəndə..."

Tarix:

1-11-2019, 13:56

/ 1 520 dəfə oxundu.
Tacir Şahmalıoğludan Fədayə Laçın haqda gözlənilməz sözlər: "Dostlarla yeyib-içəndə..."

Bir neçə gün öncə müğənni Fədayə Laçın azadlığa çıxıb.

Uzun illər Fədayə Laçınla duet ortağı olan həmkarı Tacir Şahmalıoğlu GunAz.az-a sənətçi ilə bağlı maraqlı açıqlama verib.

O qeyd edib ki, Fədayə Laçınla görüşmək, onu azadlığa çıxması münasibətilə təbrik etmək istəyir:

"Fədayə Laçının azadlığa çıxması üçün dua edən adamlardan biri də mən olmuşam. Həmişə demişəm ki, Fədayə yaxşı qızdır, yaxşı sənətçidir. Sadəcə bəzi nüanslar var ki, onlar məni incitdi. Onun bacısı İlahə Fəda tərəfindən mənə qarşı xoşagəlməz addım atıldı, üstümə çox gəldi. Bütün günahları məndə gördü. Guya ki, Fədayənin həbs olunmağında mən günahkaram. İmkan vermədi ki, Fədayə üçün ürəyimdən keçənləri edim.

İlahə Fəda efirdə demişdi ki, mən yaxşı müəllim olsam, Fədayənin başına bu işlər gəlməzdi. Sual verirəm ki, hansı müəllim tələbəsinin şəxsi həyatına qarışır? Mən bir müəllim kimi ona böyük sənət bəxş eləmişəm, milyonların sevimlisidir. Halal xoşu olsun!".

Tacir Şahmalıoğlu əlavə edib ki, Fədayə Laçınla aralarında heç bir düşmənçilik yoxdur. Əksinə, dəfələrlə həbsxanada olanda onunla görüşəmək istəyib:

"Mən bir neçə dəfə cəhd elədim, onunla görüşüm, icazə vermədilər. Dedilər ki, yalnız ailəsindən bir-iki nəfərlə görüşə icazə verilir. Amma həmişə onun üçün dua etmişəm. Yenə deyirəm, Fədayə yaxşı qızdır, mənim yerlimdir, Qarabağın dağlar qızıdır. Dostlarla yeyib-içəndə həmişə onun sağlığına içmişəm.

Bilirsiniz, Fədayə həbsdən yeni çıxıb, bir az ailəsi ilə vaxt keçirməli, istirahət etməlidir. Ondan sonra mütləq görüşəcəyik. Gedəcəm, onunla görüşəcəm, azadlığa çıxması münasibətilə təbrik edəcəm. Onun üçün nə lazımdır edəcəm".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ