SON DƏQİQƏ

Qala gecəsinə sevgilisi ilə əl-ələ gəldi

Tarix:

25-10-2019, 14:35

/ 1 020 dəfə oxundu.
Qala gecəsinə sevgilisi ilə əl-ələ gəldi

Məşhur aktyor Ahmet Kural baş rolda oynadığı "Baba parası” filminin qalasına vəkil sevgilisi Çağla Gizemlə birlikdə gəlib.

Evlənməyə hazırlaşdığı deyilən cütlük jurnalistlərin suallarını cavablandırıb.

"5 aydır ki, görüşürük, çox xoşbəxtik. Qismət, evlənsək, xəbəriniz olacaq”.

Aktyorun ailəsi ilə vəkilin ailəsi artıq tanış olub. Ahmet Kural sevgilinin xahişi ilə keçmiş sevgilisi Sıla ilə birlikdə yaşadığı və qalmaqallı hadisənin baş verdiyi villadan da köçüb.

Xatırladaq ki, aktyorun keçmiş sevgilisi Sıla aktyoru ona qarşı zorakılıq tətbiq etməkdə ittiham etmişdi. Aktyor səbəb kimi Sıla ilə küsülü olduqları zaman müğənninin başqa bir kişi ilə görüşdüyünü göstərsə də, onu döymədiyini, sadəcə mübahisə əsnasında itələdiyini etiraf etmişdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ