SON DƏQİQƏ
» » Miri Yusifdən “xalq artisti” tənqidlərinə cavab

Miri Yusifdən “xalq artisti” tənqidlərinə cavab

Tarix:

23-10-2019, 12:46

/ 837 dəfə oxundu.
Miri Yusifdən “xalq artisti” tənqidlərinə cavab

Məncə, vətənpərvərlik səs desibelləri və sinəyə endirilmiş zərbələrlə ölçülmür.

GunAz.az xəbər verir ki, bunu iki gün əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə “Xalq artisti” adı verilən Miri Yusif şəxsi İnstaqram səhifəsində paylaşıb. O, “Xalq artisti” adı alması ilə bağlı sosial şəbəkələrdə yazılan tənqidlərə cavab verib:

“Mənim aləmimdə vətənpərvərlik gördüyüm işi axıra kimi, vicdanla yerinə yetirməkdir. Həmişə çalışmışam vətənimə layiqincə xidmət edim.

Bu xidmətlərimi, yəni gördüyüm işləri Prezidentimiz, xalqımız, ailəm və ruh əkizlərim qiymətləndiribsə, deməli, davam etmək üçün növbəti hədəflər var. Allah Azərbaycanı qorusun!”

Qeyd edək ki, 21 oktyabrda Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının estrada ifaçıları Tünzalə Ağayeva, Röya Ayxan və Miri Yusifə “Xalq artisti” fəxri adı verilib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ