SON DƏQİQƏ
» » “Jara 2020” Beynəlxalq Musiqi Festivalının tarixi açıqlanı

“Jara 2020” Beynəlxalq Musiqi Festivalının tarixi açıqlanı

Tarix:

7-10-2019, 16:14

/ 1 526 dəfə oxundu.
“Jara 2020” Beynəlxalq Musiqi Festivalının tarixi açıqlanı

"Jara 2020" Beynəlxalq Musiqi Festivalının tarixi və proqramın detalları açıqlanıb. Gələn il festival iyulun 29-dan avqustun 2-dək keçiriləcək.

"Jara 2020" festivalının konsepsiyasını açıqlamaqdan məmnunuq. Beş gün ərzində hər zövqə görə 5 unudulmaz proqram təqdim ediləcək. Belə ki, iyulun 29-da festivalın qala konserti olacaq. İyulun 30-da 2000-ci illərin ulduzları çıxış edəcək, həmçinin Rusiya müğənnisi Filip Kirkorovun yaradıcılıq gecəsi keçiriləcək. İyulun 31-də ötən əsrin 90-cı illərinin hitləri səsləndiriləcək və Dima Malikovun yaradıcılıq gecəsi olacaq.

Dördüncü gündə isə dünyanın hər yerindən populyar ulduzların çıxışı gözlənilir. Festivalın bağlanışı avqustun 2-nə planlaşıdırılır", - deyə festivalın təşkilatçıları bildiriblər.

Qeyd edək ki, festival ənənəvi olaraq Bakıda, "Sea Breeze" istirahət zonasında keçirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ