SON DƏQİQƏ

Televiziyamızın Zaur Kamal müsibəti

Tarix:

23-05-2019, 19:00

/ 1 806 dəfə oxundu.
Televiziyamızın Zaur Kamal müsibəti

TV aparıcılarının öz verilişlərinə qonaq tapmaq sarıdan kasadlıq çəkdikləri, alternativlərinin “məhdud”luğu bu mətbəxə az-çox bələd olan hər kəsə məlumdur.

Hansı kanalı açırsan sifətlər eynidir – həmin ifaçılar, həmin “çalançı”lar...

Başa düşürük, efirə çıxmağı, danışmağı,  xalqın, tamaşaçının gözünə girməyi hamı istəyir. Amma bunun da bir qədəri, əndazəsi olmalıdır, axı...

Lətifəsi bizim müğənnilərdən uzaq, “mən motalı buraxıram, motal məni buraxmır...” 

Hər gün efirdə Manaf Ağayevi, Elnarə Abdullayevanı, Könül Kərimovanı, Şəbnəm Tovuzlunu, Tacir Şahmalıoğlunu görməkdən gözlər yağır olub. Çevir tatı, vur tatı, hər gün eyni mövzuları təkrarlamaq, “Youtube” trendləri və rəqəmləri ətrafında gəzişmək, toy ab-havasından çıxmamaq, hərdən çıxanda da yas ab-havasına düşmək, sözün əsl mənasında, tamaşaçını zinhara gətirib.

Elnarə Abdullayevanın “Oğluma müğənni qız almaram” mövzusu, Şəbnəmin bayağı mahnılar ifa etməsinin qınanılması ətrafında dəyirmi masalar qurulması, Manafın “kriminalni kruq”u, “dost yolunda boran olar, qar olar” devizinin qanlı və canlı müzakirəsi, Mətanət Əsədovanın ərə getməsi, gedəcəyi, gedə bilməməsi... və daha nələr, nələr... - efiri, həm də evlərimizi işğal edən belə söhbətlər əsl işgəncədir. Tamaşaçı cana doysa da, belə mövzulardan nə danışanlar usanır, nə də danışdıranlar. Bu məşəqqəti çəkmək isə, təbii ki, tamaşaçılara qalır.

Son günlər isə efirimiz daha bir “performans”la üz-üzə qalıb. Zaur Kamal verilişinə qonaq çağırdığı müğənnilərə həkim paltarı geyindirib öz həmkarlarını “əməliyyat etdirir”. Həkim libası geyinmiş kişi müğənnilər isə “əməliyyat etmək” əvəzinə, onlara şəkilləri göstərilən qadın həmkarlarını yeməyi üstün tutduqlarını deyirlər.

скачать dle 12.1

Şərhlər