SON DƏQİQƏ

“Eurovision-2019”un finalı başladı

Tarix:

18-05-2019, 23:47

/ 447 dəfə oxundu.
“Eurovision-2019”un finalı başladı

İsrailin paytaxtı Tel-Əviv şəhərində düzənlənən sayca 64-cü “Eurovision-2019” beynəlxalq mahnı müsabiqəsinin final gecəsi start götürüb.

GunAz.az xəbər verir ki, birinci və ikinci yarımfinalda uğurlu nəticə göstərərək finala vəsiqə qazanan 26 ölkə - Malta, Çexiya, Rusiya, Danimarka, San-Marino, Şimali Makedoniya, İsveç, Sloveniya, Kipr, Hollandiya, Yunanıstan, İsrail, Norveç, Böyük Britaniya, İslandiya, Estoniya, Belarus, Azərbaycan, Fransa, İtaliya, Serbiya, İsveçrə, Avstriya, Almaniya, Albaniya və İspaniya nümayəndələri qələbə uğrunda mübarizəyə başlayır.

Bütün çıxışlar yekunlaşdıqdan sonra müsabiqədə iştirak edən 41 ölkə ilı canlı bağlantı qurulacaq. Hər bir ölkənin tanınmış siması 1-dən 12-dək digər ölkələrin hesabına səs göndərəcək. Azərbaycandan veriləcək səsləri İTV-nin canlı efirindən Xalq artisti Faiq Ağayev fransız dildə elan edəcək.

Verilən ballar müsabiqə iştirakçılarının aktivinə əlavə ediləcək. Keçirilən bu özəl səsvermə prosesi yarışmanın ən çox maraq və müzakirə olunan anlardan biridir. Bu cür səsvermə şəffaflığın təmin edilməsi məqsədi ilə aparılır.

Yarışmaya əlavə rəng qatmaq üçün illər öncə “ Eurovision”da qalib gələn və yaddaşlarda həkk olunan Netta Barzilai, Dana International, Konçita Vurst, Mons Zermerlyova və Verka Serdyuçka çıxış edəcək. Mahnı müsabiqəsinin fəxri qonağı dünya şöhrətli müğənni Madonna olacaq. Pop kraliça bu gecə səhnədə özəl repertuar və gözoxşayan şou sərgiləyəcək.

Şouda aparıcılıq Bar Refaeli, Erez Tal, Assi Azar və Lusi Ayouba həvalə olunub.

Qeyd edək ki, ölkəmizi nüfuzlu beynəlxalq müsabiqədə müğənni Çingiz Mustafayev “Truth” (Həqiqət) adlı mahnı ilə 20-ci nömrə altında təmsil edəcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ