SON DƏQİQƏ

"Avroviziya-2019"un ilk finalçıları məlum olub

Tarix:

15-05-2019, 08:53

/ 407 dəfə oxundu.
"Avroviziya-2019"un ilk finalçıları məlum olub

İsrailin Tel-Əviv şəhərinin "Ekspo Tel-Əviv" arenasında 64-cü "Avroviziya" beynəlxalq mahnı müsabiqəsinin ilk yarımfinalı keçirilib.

GunAz.az-ın məlumatına görə, beynəlxalq mahnı müsabiqəsinin aparıcıları supermodel Bar Rafaeli, teleaparıcılar Erez Tal, Assi Azar və aktrisa Lüsi Ayub olublar.

Müsabiqəni "Toy" mahnısı ilə "Avroviziya-2018"in qalibi Netta Barzilay açıb.

Birinci yarımfinalda 17 ölkənin nümayəndələri çıxış edib: Kipr, Monteneqro, Finlandiya, Polşa, Sloveniya, Çexiya, Macarıstan, Belarus, Serbiya, Belçika, Gürcüstan, Avstraliya, İslandiya, Estoniya, Portuqaliya, Yunanıstan, San-Marino.

Birinci yarımfinalda çıxış edənlərdən yalnız 10-u finala yüksələ bilib: Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San-Marino və Sloveniya.

Qeyd edək ki, ikinci yarımfinal mayın 16-ı, final isə mayın 18-i keçiriləcək. Azərbaycanı təmsil edən Çingiz Mustafayev "Truth" mahnısı ilə mayın 16-sı çıxış edəcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ