SON DƏQİQƏ
» » “Alim deyilik ki, Avropanı tanıyaq” - Nura Şəbnəmi müdafiə etdi

“Alim deyilik ki, Avropanı tanıyaq” - Nura Şəbnəmi müdafiə etdi

Tarix:

8-05-2019, 21:12

/ 326 dəfə oxundu.
“Alim deyilik ki, Avropanı tanıyaq” - Nura Şəbnəmi müdafiə etdi

Müğənni Nura Suri ATV-də yayımlanan “Ən yaxşısı” proqramında qonaq olub.

GunAz.az xəbər verir ki, o, intelektual suallara cavab verə bilməyən həmkarlarını müdafiə edib.

“Hansısa bir müğənni Eynşteyni tanımaya bilər, Avropa haqda məlumatsız ola bilər. Oraya aid olan şəhərləri, hansısa ölkənin paytaxtını bilməyə bilər. Bunun işi oxumaqdır, alim deyil ki, ona irad tutaq. Əgər onun savadı çatıb, cavab verə bilməyibsə, mənim üçün onun insanlığı silinmir. Hörmətim varsa, elə də davam edir. Amma insanlar var ki, elə savadlıdır, hörmətlidir ancaq pislik edir. Xahiş edirəm hər şeyi şişirtməyin. Bizi İnstaqramda biabır etməyin”.

Qeyd edək ki, verilişlərin birində müğənni Mətanət Əsədova dünyaca məşhur alim Eynşteyni tanımamışdı, Şəbnəm Tovuzlu isə Amerikanı Avropanın paytaxtı adlandırmışdı.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ