SON DƏQİQƏ
» » Mehriban Xanlarova qəzaya düşdü: vəziyyəti ağırdır

Mehriban Xanlarova qəzaya düşdü: vəziyyəti ağırdır

Tarix:

27-04-2019, 19:45

/ 10 406 dəfə oxundu.
Mehriban Xanlarova qəzaya düşdü: vəziyyəti ağırdır

Ötən gün Əməkdar artist Mehriban Xanlarova qəza keçirib. Hadisə Qaradağ rayonunun Səngəçal qəsəbəsində baş verib. Aktrisanın ayağı bərk zədə alıb. 

Yaralılar Klinik Tibbi Mərkəzə gətiriliblər. Ötən gün aktrisanın vəziyyətinin yaxşı olduğu açıqlansa da, Xanlarovanın köməkçisi şəxsi “Instagram” hesabında aktrisanın vəziyyətinin ağırlaşdığı barədə məlumat paylaşıb.

GunAz.az-ın əməkdaşı Əməkdar artist Mehriban Xanlarova ilə əlaqə saxlamağa çalışıb. 

Mehriban Xanlarovanın qızı Səidə anasının vəziyyətinin ağır olduğunu söyləyib:

“Anamın ağrıları çoxalıb. Topuğundan bərk zədə alıb. Həkimlər ayağını gipsə salıblar. Onların qənaətincə, anamın vəziyyəti orta-ağır qiymətləndirilir. Qəza ilə bağlı polis tərəfindən araşdırma aparılır. Bu barədə yaxın zamanda məlumat verəcəyik”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ