SON DƏQİQƏ

"Xanlarovanın səhhəti pisləşib"

Tarix:

27-04-2019, 14:38

/ 10 420 dəfə oxundu.
"Xanlarovanın səhhəti pisləşib"

Xəbər verdiyimiz kimi, Əməkdar artist Mehriban Xanlarova avtomobil qəzası keçirib. 

Axşam.az-ın məlumatına görə, aktrisanın vəziyyətinin ağır olduğu bildirilib. Xanlarovanın İnstaqram səhifəsində yaxınları paylaşım edərək, onun səhhətinin pişləşdiyi vurğulanıb:

"Keçirdiyi avtomobil qəzası nəticəsində Mehriban xanımın səhhətində ciddi problemlər yaranıb. Hal-hazırda vəziyyəti orta ağırdır. Dualarınıza ehtiyacı var".

Qeyd edək ki, qəza Qaradağ rayonunun Səngəçal qəsəbəsində baş verib. Aktrisanın ayağı əzilib. Yaralılar Klinik Tibbi Mərkəzə gətiriliblər. Ötən gün aktrisanın vəziyyətinin yaxşı olduğu açıqlanmışdı.

скачать dle 12.1

Şərhlər