SON DƏQİQƏ
» » “Oqtayı yuxumda gördüm, 1 il sonra da evləndik” - Dilarə Əliyeva

“Oqtayı yuxumda gördüm, 1 il sonra da evləndik” - Dilarə Əliyeva

Tarix:

15-04-2019, 18:27

/ 10 482 dəfə oxundu.
“Oqtayı yuxumda gördüm, 1 il sonra da evləndik” - Dilarə Əliyeva

“Biz 1-ci kursda oxuyanda qrup yoldaşımız nişanlandı. Gətirdi hamımıza nişan konfeti payladı. Onu aparıb qoydum yastığımın altına. Subay qızıq axı, hamımıza maraqlıdır o fallar. Başımı qoydum yatdım. Mən hələ həyatda Oqtay kimi adamı görməmişdim, amma yatdım yuxumda gördüm”.

Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Dilarə Əliyeva ARB TV-də aparıcısı olduğu “Söhbət var” proqramında deyib. Aparıcı daha sonra həyat yoldaşı Oqtay Əliyevanı ilk dəfə görməsindən söz açıb:

“Yuxudan durdum, bacıma dedim ki, yuxuda kök, saqqalı bir dənə oğlan görmüşəm. Bu söhbətin üstündən 2-3 ay keçəndən sonra institutun həyətinə girəndə, bir də gördüm Oqtay dayanıb oğlanlarla söhbət edir. Elə oldu, elə hərlənib-fırlandı ki, ondan bir il sonra biz ailə qurduq”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ