SON DƏQİQƏ

Sinan Akçıl Hadisəyə görə boşanır?

Tarix:

8-04-2019, 17:51

/ 10 399 dəfə oxundu.
Sinan Akçıl Hadisəyə görə boşanır?

Müğənni Sinan Akçıl ilə Burcu Kıratlının boşanmağa hazırlaşdığı iddia edilib. 

GunAz.az türk mediasına istinadən xəbər verir ki, dekabrda Amsterdamda nikah masasına oturan cütlüyün artıq ayrı evlərdə yaşadıqları bildirilib. 

Onların xoşbəxtliyinin 100 gün çəkdiyi deyilib. "2. Sayfa" proqramında xəbər verilib ki, Kıratlı əri Akçılın bir müsahibədə keçmiş sevgilisi Hadisədən danışmasına əsəbiləşib. 

Bundan əvvəl də qısqanclıq ucbatından aralarında mübahisə yaşayan cütlük ortaq məxrəcə gələ bilməyib. Sinanın boşanmaq üçün məhkəməyə ərizə verməsi üçün vəkilinə tapşırıq verdiyi də iddialar arasında yer alıb. 

Məsələyə münasibət bildirən müğənni iddiaların yalan olduğunu söyləyib:

"Hər ailə həyatında xoşagəlməz anlar yaşana bilər. Amma Burcuyu köhnə həyatımdan danışıb narahat etmərəm. Elə bir müsahibəm olmayıb. Ortada ciddi bir evlilik olduğu vaxtda, keçmişdən danışmaq məni də, Burcuyu da incidər. Biz yayda toy etməyi düşündüyümüz ərəfədə belə xəbərlərin yayılması xoş deyil. Mən də Burcuyu çox qısqanan biriyəm. Xırda mübahisələr münasibətlərin duzu-istiotudur".

Qeyd edək ki, Sinan ilə Hadisə 3 il əvvəl eşq yaşayıb, 9 il əvvəl ayrılmışdı.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ