SON DƏQİQƏ

Sərdar Ortaç Gürcüstana buraxılmadı

Tarix:

19-01-2019, 23:11

/ 10 380 dəfə oxundu.
Sərdar Ortaç Gürcüstana buraxılmadı

Türkiyəli məşhur müğənni Sərdar Ortaç konsert vermək üçün getdiyi Gürcüstana buraxılmayıb.

GunAz.az xəbər verir ki, bu barədə məlumatı müğənni İnstaqram hesabında paylaşıb. O bildirib ki, hava limanının təhlükəsizlik əməkdaşları MS xəstəliyi səbəbilə istifadə etdiyi dərmanlara görə paltarlarını soyunduraraq üzərini axtarıblar.

Müğənni bundan əsəbləşərək, "Məni bir parça sevirsinizsə, Gürcüstana addım atmayın", - deyə İnstaqramda çağırış edib. Daha sonra isə o, bu paylaşımını silib və yeni video paylaşaraq dostları sayəsində ölkəyə daxil olduğunu söyləyib.

"Dərmanlarıma əl qoydular deyə çox əsəbləşmişdim. Çünki onları qəbul etməsəm, təhlükəli vəziyyət yarana bilərdi. Amma indi vecimə də deyil. Əlbəttə tək bir hadisəyə görə, ölkəni pisləmək olmaz. İstəyən gələr, istəməyən gəlməz. Mən konsertimi verib, geri qayıdıram", -deyə o bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ