SON DƏQİQƏ
» » “Çalıquşu”nun “Fəridə”si illər sonra ETİRAF ETDİ: "Kənanla..."

“Çalıquşu”nun “Fəridə”si illər sonra ETİRAF ETDİ: "Kənanla..."

Tarix:

19-12-2018, 12:58

/ 10 468 dəfə oxundu.
“Çalıquşu”nun “Fəridə”si illər sonra ETİRAF ETDİ: "Kənanla..."

Türkiyəli aktrisa Aydan Şener Ukraynanın Milli 1+1 kanalında yayımlanan "Kübar Həyatı" proqramına qonaq olub.

GunAz.az Publika -ya istinadən xəbər verir ki, verilişin aparıcısı Katerina Osadka çəkiliş heyəti ilə birlikdə bir günlük İstanbula gəlib. 1980-cı illərdə lentə alınan "Çalıquşu"nun Ukraynada hələ də çox izləndiyini söyləyən aparıcı aktrisanın tərəf müqabili Kənan Kalav haqqında sual verib. Aydan Şener bildirib ki, Kənan uzun illərdir ki, İspaniyada restoran işlədir: “Hərdənbir Türkiyəyə gəlir, sevdiyim dostumdur. Telefonla əlaqə saxlayırıq”.

Şener baş rolda Fahriye Evcenin çəkildiyi "Çalıquşu" serialından ona təklif gəldiyi, lakin qəbul etmədiyi iddiasına da cavab verib: "Elə bir təklif gəlmədi. Amma gəlsəydi də, qəbul etməzdim". "Kübar Həyatı" proqramına qonaq olan sənətçi cavanlıq sirlərini də bölüşüb: "Bədənimlə barışan insanam. Həyata müsbət baxıram. Limon və ya bişmiş düyü suyundan üzüm üçün maska hazırlayıram".

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ