SON DƏQİQƏ

Ruhi məşhur müğənnini Bakıya gətirir – FOTO

Tarix:

14-12-2018, 13:08

/ 10 498 dəfə oxundu.
Ruhi məşhur müğənnini Bakıya gətirir – FOTO

Populyar müğənni Sibel Can Bakıda konsert proqramı ilə çıxış edəcək.

GunAz.az xəbər verir ki, bu barədə iş qadını kimi tanınan Ruhi Əliyeva Instaqramda məlumat verib.

O, bildirib ki, konsert 2019-cu ildə martın 8-də baş tutacaq:

“Bu günlərdə növbəti konsert danışıqları üçün İstanbula səfər etdim, Türkiyənin Azərbaycanda da illərdir tanınıb, sevilən müğənnisi Sibel Canla görüşdüm. Gəlişimi eşidən kimi məni evinə dəvət edən Sibel xanımla görüşümüz çox səmimi keçdi. Xeyli söhbət etdik. Konsert üçün onu seçməyimizdən çox məmnun oldu, Azərbaycana və azərbaycanlılara olan sevgisindən ağızdolusu danışdı. Konsertlə bağlı razılığa gəldik. Məşhur türk müğənnisi Sibel Canın konsert proqramı 2019-cu ilin 8 martında Bakıda baş tutacaq. Ətraflı detallar barədə yaxın günlərdə məlumat verəcəyik. Əminəm ki, sibelsevərlər konsertin baş tutmasını indidən səbirsizliklə gözləyir”.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ