SON DƏQİQƏ

Murad Bozdan azərbaycanlı qıza BÖYÜK JEST

Tarix:

19-11-2018, 14:38

/ 10 440 dəfə oxundu.
Murad Bozdan azərbaycanlı qıza BÖYÜK JEST

Türkiyəli müğənni Murad Boz "O səs Türkiyə" yarışmasının iştirakçısını Azərbaycandakı konsertinə dəvət edib.

GunAz.az xəbər verir ki, əslən azərbaycanlı olan Funda adlı ifaçı dünən "O səs Türkiyə" yarışmasında çıxış edib. Murad Boz azərbaycanlı yarışmaçını öz komandasına gəlməsi üçün onu 21 dekabrda Bakı Konqres mərkəzində keçiriləcək konsert proqramına dəvət edib. Müğənni Funda ilə konsertdə birgə duet etmək istədiyini bildirib.

Murad Bozun "Əgər məni seçərsən, Bakıda keçiriləcək, konsertimdə səninlə birgə duet oxuyarıq" deməsinə baxmayaraq Funda anasının da istəyi ilə digər münsif Seda Sayanı seçib.

Qeyd edək ki, "TV 8" telekanalının sahibi və yarışmanın aparıcısı Acun Ilıcalı da Murad Bozun Azərbaycanda keçiriləcək konsertidən danışıb. Azərbaycanlıların hər zaman qəlblərində böyük yeri olduğunu bildirib.(publika.az)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ