SON DƏQİQƏ
» » “Artıq ərə getməyə özümü hazır hiss edirəm” – Sevda

“Artıq ərə getməyə özümü hazır hiss edirəm” – Sevda

Tarix:

6-10-2018, 23:46

/ 10 651 dəfə oxundu.
“Artıq ərə getməyə özümü hazır hiss edirəm” – Sevda

“32 yaşım var. Subay xanımlarımız çoxdur, Allah hamıya ailə qismət etsin. Qapımı döyən var, amma xeyirlisi olsun”.

GunAz.az xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva “Zaurla Günaydın2 verilişində qonaq olarkən söyləyib. Şəxsi həyatından danışan ifaçı ailə həyatı qurmaq istədiyini dilə gətirib:

Demirəm ki, bütün günü evim elçilərdən dağılır. Amma 32 ildə məni də istəyənlər olub. Uşaqlıqda fikirləşməmişəm ki, böyüyüm ailə qurum. Ailə mənim üçün məsuliyyətli işdir. İstəmirəm desinlər ki, bu da ailə qurdu. Elə-belə evlilik istəmirəm. Artıq ərə getməyə özümü hazır hiss edirəm. Dünənə qədər yalnız sənət fikirləşirdim. Amma artıq ərə getmək vaxtımdır. Yaşıma görə bacardığım qədər iş görmüşəm. İndi isə fikirləşirəm ki, gözəl ailəm olmalıdır.

Tək övlad dünyaya gətirən anaya pis baxmıram. Xanım üçün uşaq vacibdir. Amma indi mən tək uşaq sahibi olmağı düşünmürəm. Ailə qurum, ondan uşağım olsun”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ