SON DƏQİQƏ

Emin Ağalarov evləndi - FOTO

Tarix:

14-07-2018, 23:13

/ 11 101 dəfə oxundu.
Emin Ağalarov evləndi - FOTO

Azərbaycanın xalq artisti, tanınmış müğənni Emin Ağalarov bir müddətdir bərabər olduğu sevgilisi, məşhur model Alyona Qavrilovayla evlənib.

GunAz.az xəbər verir ki, dünya şöhrətli ulduzların iştirak etdiyi toy mərasimi iyul ayının 14-də Ağalarovların Moskvadakı malikanəsində keçirilib. Təntənəli toy mərasimində Rusiya səhnəsinin məşhur simaları ilə yanaşı, müxtəlif ölkələrdən məşhur sənət adamları, biznesmenlər iştirak ediblər.

Qonaqlar içərisində Valeri Meladze,Vadim Vernik, Serqey Kojevnikov, Denis Klyaver, Olqa Orlov, Timati və başqa ulduzlar Emin Ağalarovu təbrik edib.

Xatırladaq ki, model Alyona Qavrilova 1987-ci ildə Mordoviyanın paytaxtı Saransk şəhərində anadan olub. O, ilk dəfə 17 yaşında "Miss Mordoviya-2004" gözəllik müsabiqəsində iştirak edib. Müsabiqədə birinci yeri tutan Alyona qələbəsindən sonra model kimi fəaliyyət göstərməyə başlayıb. Hazırda həm model, həm də biznes lady olan Alyona bir neçə gözəllik salonlarının sahibəsidir.

 

Emin Ağalarov evləndi - FOTO

 

Emin Ağalarov evləndi - FOTO

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ