SON DƏQİQƏ

Yıldız Tilbe rekord qırdı - 110 min gəlir

Tarix:

1-06-2018, 21:51

/ 10 503 dəfə oxundu.
Yıldız Tilbe rekord qırdı - 110 min gəlir

Türkiyənin məşhur müğənnisi Yıldız Tilbenin mahnılarından ibarət albom rekorda imza atıb.

Gunaz.az qafqazinfo-ya istinadən xəbər verir ki, 39 ifanın yer aldığı "Yıldızlı şarkılar"ın 110 mindən çox satışı olub. 

Bildirilir ki, bir həftəlik satışdan əldə edilən gəlir albomun bütün xərclərini ödəyib. 

Qeyd edək ki,albom iki hissədən ibarətdir.  İlk CD-də 20 nəfər, ikincidə isə 19 nəfər öz yerini tutub. Siyahıda Aleyna Tilki, Berkay, Demet Akalın, Deniz Seki, Kutsi, Linet, Mabel Matiz, Murat Dalkılıç, Edis, Ferhat Köçer kimi populyar simalar var. 

Albomda əməkdar artist Röya Ayxan da Yıldız Tilbenin mahnılarını ifa edən müğənnilər sırasında olub.  Röya sənətçinin 2002-ci ildə təqdim olunan "Ummadığım anda"nı ifa edib. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ