SON DƏQİQƏ

Təranə Qumral məhkəməyə çıxarılacaq

Tarix:

22-05-2018, 11:17

/ 10 744 dəfə oxundu.
Təranə Qumral məhkəməyə çıxarılacaq

Müğənni Təranə Qumralla Nazənin arasındakı qalmaqal yenidən alovlanıb.

Gunaz.az-ın məlumatına görə, Təranə bir müddət əvvəl məhkəmədə Nazəninə uduzmuşdu. Uduzmasına baxçayaraq sənətçi məhkəmə qərarını qərəzli şəkildə icra etməyib.

Buna görə də işin baxılması Nərimanov rayon Məhkəməsinin hakimi Rəşad Abdulovun icraatına verilib. Qumral yenidən məhkəməyə gətirilərək hakim qarşısına çıxarılacaq. Hazırlıq iclası mayın 29-a təyin olunub.

T.Qumrala Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Həmin maddəyə görə T.Qumral 3 ilədək azadlıqdan məhrum edilə bilər.

Zərərçəkənlər müğənni Nazənin Salayeva, onun həyat yoldaşı Məhəbbət Həsənovdur.

Qeyd edək ki, Nazənin vəkili bir müddət əvvəl açıqlamasında bildirmişdi ki, qarşı tərəf məhkəmə qərarını icra etmədiyi üçün iş Ədliyyə Nazirliyinə göndərilib.

Təranə ilə Nazənin arasındakı qalmaqal uzun illərdir davam edir. Qalmaqal “ANS”in “Bazar səhəri” verilişindən başlayıb. Belə ki, Nazənin canlı efirə zəng edərək, Təranə Qumrala “Səni ərimlə tutdum” demişdi. T.Qumral isə öz növbəsində Nazənin barəsində bir çox xoş olmayan ifadələr işlətmişdi. Buna görə də Nazənin məhkəməyə müraciət etmişdi.(axsam.az)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ