SON DƏQİQƏ

“Maşın” şounun efir vaxtı dəyişdi

Tarix:

17-05-2018, 19:20

/ 10 690 dəfə oxundu.
“Maşın” şounun efir vaxtı dəyişdi

Ölkənin ən bahalı və reytinqli şousunun ilk buraxılışının yayım tarixi dəyişib.

Gunaz.az xəbər  ki, Daha öncə yayılan məlumata görə, 28 may tarixində ilk efir həyəcanını yaşayacaq “Maşın” şounun efir tarixi 1 gün sonraya keçirilib.

“MGP”nin Mətbuat Xidmətinin verdiyi məlumata görə, əməkdar artist Murad Dadaşovun təqdimatında yayıma start verəcək şou 29 may saat 22:00-da ATV-də tamaşaçılarla görüşə gələcək.

Xatırladaq ki, “Maşın” şounun başlanması üçün bütün hazırlıqlar sona çatmaq üzrədir. Artıq bütün danışıqlar başa çatıb, konsepsiya hazırdır və konsepsiyaya uyğun olaraq dekor qurulur.

Bu dəfə “Maşın” “Xanımlar və Cənablar-2” adı altında yayımlanacaq. 9 tanınmış kişi və 9 tanınmış qadın maşın uğrunda mübarizədə qarşı-qarşıya gələcək.

Yayımlandığı müddətdə reytinqlərdə birinci olan “Maşın” realiti şounun iştirakçı heyəti də artıq tam bəllidir. Bu dəfəki heyətdə yeni adlar çoxluq təşkil edir və onların kimliyi hələ ki, gizli saxlanılır. Beləliklə, 16-cı sürətilə evlərinizə qonaq gələn “Maşın” düz 12 gün sonra sizə maraqlı və həyəcandolu bir şou nümayiş etdirmək niyyətindədir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ