SON DƏQİQƏ

Dadodan həyat yoldaşı ilə bağlı paylaşımı

Tarix:

13-03-2018, 14:38

/ 10 593 dəfə oxundu.
Dadodan  həyat yoldaşı ilə bağlı paylaşımı

Xəbər verdiyimiz kimi, müğənni Natavan Həbibi və reper həyat yoldaşı Səid Əliyev (Dado) bir müddət əvvəl ayrıldıqlarını bildirmişdi.

Gunaz.az  məlumat verir ki, Dadonun 8 Mart Beynəlxalq Qadınlar günündə Natavanla qucaqlaşan şəklini paylaşması cütlüyün yenidən barışdığı haqda xəbərlərin yayılmasına səbəb olub. 

Bu gün isə Dado yenidən Natavanla bağlı paylaşım edib. O, Həbibinin fotosunun yer aldığı fincan şəklini yayımlayaraq “Hər zaman və hər bir an” şərhini yazıb. İzləyiciləri Dadoya hər şeyin yaxşı olacağı ilə bağlı təsəlliverici şərhlər yazıblar.

Reperin bundan əvvəl paylaşdığı Natavanla olan fotosunu silməsi də diqqətdən qaçmayıb.

Qeyd edək ki, Natavan ötən ilin dekabrında ayrıldıqlarını bildirmşidi. Yeni il ərəfəsində isə cütlük yenidən barışdığını söyləsə də, müğənni fevralda "Zaurla Günaydın" verilişində artıq ayrı evlərdə yaşadıqlarını etiraf etmişdi.

скачать dle 12.1

Şərhlər