SON DƏQİQƏ
» » Ebru Gündeşin 3 ilədək həbsi istənilir - Rzanın hədiyyəsi Ebruya baha başa gəldi

Ebru Gündeşin 3 ilədək həbsi istənilir - Rzanın hədiyyəsi Ebruya baha başa gəldi

Tarix:

18-01-2018, 14:23

/ 1 178 dəfə oxundu.
Ebru Gündeşin 3 ilədək həbsi istənilir - Rzanın hədiyyəsi Ebruya baha başa gəldi

ABŞ-da həbsdə olan cənubi azərbaycanlı iş adamı Rza Sərrafın ad günündə hədiyyə etdiyi malikanə müğənni Ebru Gündeşin başına bəla olub.
Gunaz.az xəbər verir ki, Sənətçi dənizkənarı tarixi malikanədə təmir işləri gördürməsi Mədəniyyət və Təbii Abidələrin Qorunması qanununu pozduğu üçün məhkəməlik olub. Ebrunun 3 ilədək həbsi tələb edilib.
Gündeş bu ittihamı qəbul etməyib. Müğənninin vəkili Can Gürel açıqlamasında bu cür iddianəmələrin hüquqi müstəviyə daşınmasını doğru hesab etməyərək ittihamla bağlı şikayət ərizəsi verəcəklərini bildirib. Onlar prosesə yenidən baxılmasını tələb ediblər.
Məhkəmə təxirə salınıb.(axşam.az)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ