SON DƏQİQƏ
» » Manaf Ağayev: "Oğlumun toyuna gələnlərin sənədləri yoxlanılacaq"

Manaf Ağayev: "Oğlumun toyuna gələnlərin sənədləri yoxlanılacaq"

Tarix:

1-12-2017, 15:04

/ 1 391 dəfə oxundu.
Manaf Ağayev: "Oğlumun toyuna gələnlərin sənədləri yoxlanılacaq"

Müğənni Manaf Ağayev dekabrın 4-də oğlu Elçinə toy edəcək.
Gunaz.az Lent.az-a istinadən xəbər verir ki, ifaçı bu barədə “Hər şey daxil” verilişində deyib. O bildirib ki, oğlunun özəl günü mediaya qapalı olacaq: “Oğul toyu qız toyundan fərqli olur. Oğul atası bir az ürəkli olur. Qız gedəndə kövrək olursan, amma indi evə gəlin gətirirsən. Toy mediaya qapalı olacaq. Çünki bunu Elçin özü istəyir. Deyir, müğənni deyiləm ki, mənim toyum çəkilsin. Qapıda mühafizə olacaq. Hamı sənədlə, şəxsiyyət vəsiqəsilə yoxlanılıb buraxılacaq. Düzdür, telefonu hər nə qədər qarşısını almağa çalışsan da, içəri keçirəcəklər, amma jurnalistlərə olmaz. Çünki media elə başlıq qoyur ki, adam qorxur, deyirsən, görəsən, içərisində nə var, nə demişəm…”.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ