SON DƏQİQƏ

“Eurovision-2017”yə nə qədər pul xərclənib?

Tarix:

5-06-2017, 21:10

/ 4 614 dəfə oxundu.
“Eurovision-2017”yə nə qədər pul xərclənib?

"Ukrayna "Eurovision” mahnı müsabiqəsinə ümumilikdə 20,4 milyon avro vəsait xərcləyib”.
Bunu ölkənin İctimai Televiziyasının baş direktor müavini Pavel Qritsak bildirib. 
O, 5 milyon 139 min 433 dollar vəsaitə qənaət olunduğu deyib. P. Qritsak digər ölkələrin analoji yarışmaya sərf etdikləri vəsaiti bu ilki büdcə ilə müqayisə etməyi də unutmayıb. Onun sözlərinə görə, ötən il İsveç yarışmaya 23, Avstraliya 38,2, Danimarka 49 milyon avro pul sərf edib. Bu da son illərə nəzər salanda, yarışmaya xərclənilən ən az büdcədir. 
Baş direktor müavini yarışma zamanı 64 min bilet satıldığını və bundan ümumilikdə 2 milyon 445 min 702 dollar qazandıqlarını da açıqlayıb. 
Qeyd edək ki, Kiyevdə keçirilən "Eurovision 2017” yarışmasının qalibi Portuqaliya təmsilçisi Salvador Sobral olub.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər