Müğənni Kənan Doğulu və aktrisa həyat yoldaşı Beren Saat Kadıköydə yerləşən teatrdan çıxarkən görüntüləniblər. Cütlük jurnalistləri görüncə şok olub. Onlar dərhal: "Yaxın dostumuzun tamaşası idi, ona baxmağa gəlmişdik", deyiblər. Kənan və Berenin xoşbəxt olmaları da gözdən yayınmayıb. Qeyd edək ki, bir müddət əvvəl cütlüyün münasibətlərinin soyuduğu haqda xəbərlər yayılmışdı.(Axşam.az)