SON DƏQİQƏ

Fahriye və Murad Bakıya gələcək

Tarix:

13-02-2017, 12:03

/ 4 909 dəfə oxundu.
Fahriye və Murad Bakıya gələcək

"Sonsuz aşk” adlı türk filminin Bakıda da qala gecəsi keçiriləcək.
Türkiyə mətbuatının saytına istinadən verilən məlumata görə, Murad Yıldırım və Fahriye Evcenin iki sevgilini canlandırdığı ekran işi martda təqdim olunacaq.
Nizami Kino Mərkəzinin mətbuat xidmətindən əməkdaşımıza verilən xəbərdə bildirilib ki, hazırda danışıqlar aparılır:
"Qala gecənin dəqiq günü bəlli deyil. Hazırda danışıqlar aparılır. Bircə onu deyə bilərəm ki, qala martda baş tutacaq”. 
"Sonsuz aşk”ın Türkiyə qalası martın 24-də keçiriləcək.
Qeyd edək ki, Fahriye filmdə bacısı ilə birgə yaşayan və kiçik xoşbəxtliklərlə həyatını rəngləndirən "Zeynəb" obrazını, Murad isə işinə bağlı, həmçinin gənc yaşda professor olan "cərrah Can" obrazını canlandırıb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ