SON DƏQİQƏ

Səməd Səmədov-"Toya elə geyimdə gəlir ki..."

Tarix:

9-02-2017, 20:37

/ 4 673 dəfə oxundu.
Səməd Səmədov-"Toya elə geyimdə gəlir ki..."

Məclis aparıram, hamı gözəl geyimdə gəlir. Bir də görürsən, tanınmış müğənnilərdən biri cins şalvar, adi köynəkdə gəlib.
Bu sözləri xalq artisti Səməd Səmədov gənc ifaçılar haqda danışarkən deyib. O, gənclərin geyimlərini tənqid edib:
"Cinsin də, köynəyin də, idman ayaqqabısının da öz yeri var. Amma el şənliyinin öz yeri var: kostyumda, səliqəli şalvarda olmalısan. Məşhur, yeniyetmə müğənni elə gündə gəlir ki, onu toyda təqdim etməyə utanıram. Efir, toy, adi həyat başqadır. Efirə cırıq şalvarla da gələ bilərsən, buna normal baxıram. Şou-biznesimiz yüksək səviyyədədir. Bunun təməlini Aygün Kazımova, Brilyant Dadaşova, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva qoyub. Onlar indi xalq artistləridir”.

Gunaz.az

 

скачать dle 12.1

Şərhlər