SON DƏQİQƏ
» » Faiq şəhidimiz üçün hamını ayağa qaldırdı - Foto

Faiq şəhidimiz üçün hamını ayağa qaldırdı - Foto

Tarix:

6-02-2017, 22:37

/ 6 258 dəfə oxundu.
Faiq şəhidimiz üçün hamını ayağa qaldırdı - Foto

"Praymtaym.az" ("PrimeTime.az") 1 yaşını qeyd edib. Saytın 1 yaşı münasibətilə keçirilən tədbirə şou-biznesin bir çox nümayəndələri qatılıb.
Mərasimdə sənət adamlarına, tanınmışlara müxtəlif nominasiyalar üzrə diplomlar təqdim olunub. Azərbaycanın xalq artisti Faiq Ağayev "İlin kübar müğənnisi" nominasiyası ilə təltif edilib. Xalq artisti səlis nitqi ilə mərasim iştirakçılarının diqqətini çəkib.
Xalq artisti təqdimat mərasimində şəhid Çingiz Qurbanovun nəşinin qaytarılmasının önəmli bir məqam kimi qeyd edib və bir dəqiqəlik sükutla şəhidimizin ruhunu anmaq üçün tədbir iştirakçılarını ayağa qaldırıb:
"Bu gün həm sevinirik, həm də kədərli bir həqiqətlə üz-üzəyik. Azərbaycanın şəhid oğlu Çingiz Qurbanovun nəşi prezidentimizin danışıqları nəticəsində qaytarıldı. Şəhidimizin ruhuna hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla onu yad edək. Var ol, Azərbaycan!"
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ