SON DƏQİQƏ
» » Ancelina Coli: "Miqrantların terrorçu deyil, daha çox..."

Ancelina Coli: "Miqrantların terrorçu deyil, daha çox..."

Tarix:

3-02-2017, 19:03

/ 6 010 dəfə oxundu.
Ancelina Coli: "Miqrantların terrorçu deyil, daha çox..."

Aktrisa Ancelina Coli ABŞ prezidenti Donald Trampın miqrantlarla bağlı verdiyi sərəncama etirazını bildirib. 
"New York Times" qəzetinə müsahibə verən aktrisa ölkə rəhbərinin siyasətini anlamadığını bildirib. O, miqrantların terrorçu deyil, daha çox terror qurbanları olduqlarını vurğulayıb:
"Qlobal miqrant böhranı və terrorçu təhdidi qarşısında sərhədlərimizi necə qorumağımızı düşünməliyik. Amma qərarı qorxularımızla deyil, gerçəklərə əsaslanaraq veməliyik". 
Ancelina hər biri başqa ölkələrdə doğulan 6 uşağının olduğunu da xatırladaraq qeyd edib:
"Ölkəmizin bütün millətlərdən olan uşaqlar üçün təhlükəsiz yer olmasını istəyirəm". 
Xatırladaq ki, bu fərmandan sonra D.Tramp ilk dəfə deyil ki, tənqid olunur. Bundan əvvəl ölkə rəhbərinin siyasətinə aktyor Eşton Katçer, Arnold Şvartseneqqer, müğənni Madonna və digər ulduzlar da narazılıqlarını bildirmişdilər.  
Qeyd edək ki, ABŞ prezidentinin verdiyi yeni sərəncama əsasən, Suriya, İran, Sudan, Liviya, Somali, Yəmən və İraq vətəndaşları sığınacaq üçün ABŞ-a müraciət edə bilməzlər.

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər