SON DƏQİQƏ
» » Mətanət Əsədovanın həbs etdirdiyi gənc azadlığa çıxdı

Mətanət Əsədovanın həbs etdirdiyi gənc azadlığa çıxdı

Tarix:

2-02-2017, 14:23

/ 8 827 dəfə oxundu.
Mətanət Əsədovanın həbs etdirdiyi gənc azadlığa çıxdı

Müğənni Mətanət Əsədovanın internetdə onu təhqir etdiyi üçün şikayət edib, həbs etdirdiyi sosial şəbəkə fəalı Elsevər Mürsəlli azadlığa çıxıb. 
Gunaz.az azxeber.com-a istinadən bildirir ki, bu haqda gənc fəalın özü məlumat verib:
"Bu gün səhər saatlarında azadlığa çıxdım, məhkəmənin qərarı ilə barəmdə 3 aylıq həbs müddəti seçilmişdi. Bu gün həmin müddət bitdi və mən ailəmə, dostlarıma qovuşdum. Çox sevincliyəm". 
Qeyd edək ki, E.Mürsəlli bir müddət bundan qabaq özünün sosial şəbəkədəki səhifəsində Mətanət Əsədova və onun həbsdə olan bacısı haqqında qeyri-etik sözlər işlətmişdi. Xaçmaz rayon Məhkəməsində Elsever Mürsəlli barəsində 3 ay şərti cəza vermişdi. 
E.Mürsəlli daha əvvəl də narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilmiş və əfvlə azadlığa buraxılmışdı. O, həbsdə olduğu zaman NİDA Vətəndaş Hərəkatına üzv olmuş, azadlığa çıxmazdan əvvəl isə bəyanatla hərəkatdan ayrılmış və Yeni Azərbaycan Partiyasına üzv olduğunu bəyan etmişdi.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ