SON DƏQİQƏ

Murad Dadaşovun filmində Azərbaycana həqarət – “Tüpürüm belə…” - VİDEO

Tarix:25-01-2017, 18:05 Oxunub:7 000

Hazırda sosial şəbəkələrdə Murad Dadaşovun rəhbərlik etdiyi "M Group Pruction”un istehsalı olan və Azərbaycanın bir neçə tanınmış sənət adamının rol aldığı yeni bir filmin tanıntım çarxı yayımlanır.
"Bayram axşamı” adalanan filmin rəsmi tanıtım çarxında Azərbaycanın millli adət-ənənələrinə olduqca ağır formalı həqarət və təhqir elementləri yer alıb. Belə ki, Novruz ənənələrindən danışıldığı və görüntüdə səməni və müxtəlif təamlarla bəzədilmiş bayram süfrəsi olduğu halda qəfil filmin qəhrəmanın səsi eşidilir: "Tüpürüm belə bayrama”. Sseneri tam aydın olmasa da, Novruz ənənələrini əks etdirən görüntüləri, "Tüpürüm belə bayrama” kimi həqarətlə müşayət etdirmək, düşünürük ki, məsuliyyət yaradan məqamdır və zənnimizcə tanıtım çarxına tamaşa etmiş izləyicilərin hamısı qeyd etdiyimiz xüsusda eyni mövqedədirlər.
Təəssüf edirik ki, M.Dadaşovun özünün də rol aldığı filmin tanıtım çarxı məhz Novruz adət-ənənələrinin təhqir olunması kimi "diqqətçəkən” parçalarla zənginləşdirilib.(missiya.az)

Gunaz.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<