SON DƏQİQƏ
» » Prezident Dövlət Neft Fondu ilə bağlı sərəncam imzaladı

Prezident Dövlət Neft Fondu ilə bağlı sərəncam imzaladı

Tarix:

8-07-2020, 16:56

/ 5 666 dəfə oxundu.
Prezident Dövlət Neft Fondu ilə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2019-cu il büdcəsinin icrası haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”yə və 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”na müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2019-cu il büdcəsinin icrası ilə bağlı hazırlanmış hesabata dair Dövlət Neft Fondunun Müşahidə Şurasının və Azərbaycan Respublikası Hesablama Palatasının rəylərini və Dövlət Neft Fondunun maliyyə fəaliyyətinin beynəlxalq auditor təşkilatı tərəfindən keçirilmiş auditinin nəticələrini nəzərə alaraq qərara alıram:

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2019-cu il büdcəsinin icrası, gəlirlər 19 030 612,8 min manat, xərclər 11 588 603,5 min manat və ya Fondun 2019-cu il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 123,2 faiz, xərclər üzrə 99,9 faiz səviyyəsində olmaqla, aşağıdakı kimi təsdiq edilsin:





скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ