SON DƏQİQƏ

İlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı

Tarix:

10-06-2020, 17:05

/ 2 927 dəfə oxundu.
İlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Qobustan rayonunun Bakı–Şamaxı–Yevlax (88 km)–Ərəbqədim–Göydərə avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Gunaz.az sərəncamın mətnini təqdim edir:

1. İki min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Bakı–Şamaxı–Yevlax (88 km)–Ərəbqədim–Göydərə avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,1 milyon (dörd milyon bir yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 fevral tarixli 1831 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 fevral tarixli 1831 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 2, maddə 195) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi qaydası”nda dəyişiklik təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsinlər.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ