SON DƏQİQƏ
» » İlham Əliyev “Azərsu”ya beş milyon manat ayırdı

İlham Əliyev “Azərsu”ya beş milyon manat ayırdı

Tarix:

13-11-2019, 16:32

/ 606 dəfə oxundu.
İlham Əliyev “Azərsu”ya beş milyon manat ayırdı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Bununla bağlı GunAz.az məlumat yayıb. 

Sərəncama əsasən, Yevlax şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə beş milyon manat ayrılıb.

скачать dle 12.1

Şərhlər