SON DƏQİQƏ

Buğda suyunun İNANILMAZ FAYDALARI

Tarix:

1-01-2017, 02:29

/ 4 386 dəfə oxundu.
Buğda suyunun İNANILMAZ FAYDALARI

Tərkibində 100-dən artıq vitaminlər olan xüsusi yerlərdə yetişdirilmiş buğda cücərtisinin suyu qanı yeniləyir, toksinləri təmizləyir, dişləri və imminiteti gücləndirir, ürək xəsətliklərinin müalicəsində istifadə edilir.
Xarici ölkələrdə daha çox gənclik iksiri kimi tanınan buğda və ya səməni suyu xərçəngi belə sağaltmağa qadirdir.
Təbii enerji verir
Buğda cücərtisinin suyu tərkibindəki zəngin qidalandırıcı maddələr sayəsində bədəni təbii enerji ilə təmin edir. Eyni zamanda zülalları əmələ gətirən amin turşuları üçün yaxşı mənbədir. Yumurta və ət kimi qidaları yeyərkən orqanizminiz onları zülala çevirməzdən əvvəl turşulara parçalamaq üçün enerji sərf edir. Buğda suyu isə amin turşuları baxımından zəngin olduğu üçün əlavə enerji sərf etməyə ehtiyac qalmır.
2-4 xörək qaşığı buğda suyu ilə sevdiyiniz təzə meyvə və ya tərəvəz suyunu qarışdırın. Daha fəal olmaq üçün hər gün için.
İmmuniteti gücləndirir
İmmun sistemi bədəni bir çox mikrob və infeksiyalardan qoruyur. Buğda suyu immuniteti təbii yolla gücləndirən əla vasitədir. Buğda suyu bədəni zərərli mikrob, kimyəvi və kanserogen maddələrdən qoruyan bir çox maddələrlə zəngindir. Eyni zamanda buğda cücərtisinin suyu orqanizmin hüceyrələrini yeniləyir, qara ciyəri toksinlərdən təmizləyir və zərərli olan hər şeyi zərərsizləşdirir. Beləliklə, immuniteti gücləndirəcək və xəstliklərin qarşısını alacaq. Digər tərəfdən, bədəndəki qırmızı qan hüceyrələrini artırır.
 Tərkibindəki A və C vitamini sayəsində qrip və soyuqdəymədən qoruyur, ciddi xəstəliklərə qarşı mübarizə aparır.
Toksinlərdən təmizləyir
Buğda suyu qələvi və qidalandırıcı maddə baxımdan da zəngindir. Pəhriz saxlayan insanlar üçün xüsusu ilə faydalıdır. Toksinləri təmizləyən buğda suyu qanda qələviləri artırır, eyni zamanda qara ciyəri qoruyur. Qidalandırıcı maddələr və fermentlər toksinləri zərərsizləşdirir.
Piylənməni müalicə edir
Köklük şəkər və ürək xəstəliklərinə səbəb olan ciddi xəstəlikdir. Artıq çəkidən yaxa qurtarıb ideal çəkiyə qovuşmaq istəyirsinzə, mütləq buğda suyu istifadə edin.
Qalxanabənzər vəzilərinin də fəaliyyəti sağlamlıq üçün çox əhəmiyyətlidir. Buğda da olan selen qalxanabənzər vəzilərinin işini qaydaya salır. Qeyri-sağlam qalxanabənzər vəzi bədəndəki hormonal tarazlığı poza və köklüyə səbəb ola bilər.
 Kaliumla zəngin olan buğda suyu iştahanı və yemək istəyini azaldır. Eyni zamanda metabolizmini sürətləndirir. Səhərlər ac qarnına buğda suyu içsəniz, gün ərzində həddən artıq yemək istəyinin qarşısını ala bilərsiniz.
Ürək sağlamlığını qoruyur
Buğda suyu ürək üçün də olduqca faydalıdır. Tərkibindəki xlorofil sayəsində damar sərtliyi və yüksək qan təzyiqinin müalicəsində mühüm rol oynayır. Qan damarlarının divarlarını təmizləyir. Qan yollarını genişləndirir və təmizləyir, bu da qan təzyiqinin azalması ilə nəticələnir.
Xərçəngin qarşısını alır
Buğda suyu bir çox fərqli xərçəng növləri ilə mübarizə aparır. Buğda cücərtisinin suyu xəstəliyin həm müalicə prosesində, həm də qarşısını almaq məqsədi ilə istifadə edilir. Buğda cücərtisinin suyu qanda qələvilərin sayını artırır, bu da o deməkdir ki, qələvilər olduğu yerdə xərçəng hüceyrələrinin yaranması ehtimalından söhbət gedə bilməz.
Buğda cücərtisinin suyu xərçəng hüceyrələrinin inkişafını məhdudlaşdırır. Eyni zamanda, xərçəng xəstələrini kimyəviterapiyanın mənfi təsirlərindən qoruyur.
Qan dövranını tənzimləyir
Buğda suyu qanda oksigenin miqdarını artırır, bu da qan dövranının fəaliyyətini yaxşılaşdırır.
Dəmir baxımından zəngin olan buğda suyu daha çox qırmızı qan hüceyrələrinin yaranmasına kömək edir. Daha çox qan hüceyrəsi isə daha çox oksigen və qidalandırıcı maddə deməkdir.
Ağız və diş xəstəliklərini müalicə edir
Dəmir, kalsium, maqnezium, A və E vitamininə malik olan buğda suyu dişləri də möhkəmləndirir. Buğda suyu ilə adi suyu qarışdırıb ağızda 1 dəqiqə qarqara edib sonra tüpürün. Bu, ağız qoxusunun yaranmasının qarşısını alacaq. Ağızda bir qədər buğda otu çeynəmək isə dişinizi möhkəm olması baxımdan faydalıdır.
Pis bədən qoxusunun qarşısını alır
Buğda suyu pis nəfəs, tər və ya ayaq qoxusunun qarşısını almağa qadirdir. Buğda suyu qandakı turşu və toksinləri tarazlaşdıraraq bədəni həddindən artıq tərləməyə qoymur. Acqarına bir stəkan içib pis qoxulara əlvida deyə bilərsiniz.
QEYD: Dadı çox da xoş olmadığı üçün bir qurtum içdikdən sonra və ağız dadını düzəltmək üçün arxasınca bir dilim portağal yemək yaxşı olardı.
 Buğda suyu necə hazırlanır?

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ