SON DƏQİQƏ
» » Dietoloq zəncəfilin düzgün istifadə yollarını izah etdi

Dietoloq zəncəfilin düzgün istifadə yollarını izah etdi

Tarix:

19-01-2021, 10:14

/ 5 923 dəfə oxundu.
Dietoloq zəncəfilin düzgün istifadə yollarını izah etdi

Dietoloq Mariya Çernyayeva zəncəfilin düzgün istifadə yollarından bəhs edib. 

O, "Sputnik" radiosuna müsahibəsində bildirib ki, bu məhsul istənilən formada istifadə edilə bilər.

Quru zəncəfilin faydalı xüsusiyyətlərindən danışan dietoloq onun antibakterial və antiparazitar təsir göstərdiyini izah edib. Həkim əlavə edib ki, zəncəfil hətta şirniyyat və şəkərli meyvələr şəklində də sağaldıcı gücünü qoruya bilir.

Eyni zamanda mütəxəssis bir dəfəyə 80-100 qramdan çox zəncəfil istifadə etməməyi məsləhət görüb. Bu məhsulun qandurulaşdırıcı təsir göstərdiyini, odur ki, öd kisəsi xəstəliklərində mənfi təsir göstərə biləcəyini qeyd edib. Dietoloq qandurulaşdırıcı dərmanları qəbul edərkən zəncəfildən imtina etməyi tövsiyə edib.

Xatırladaq ki, amerikalı alimlər zəncəfil çayının xolesterin səviyyəsini aşağı saldığını, xərçəng riski daxil olmaqla müalicəvi xüsusiyyətlərə malik olduğunu bildirib. Bundan əlavə, içki oynaq ağrılarını aradan qaldırmağa qadirdir. Çoxsaylı tədqiqatların nəticələrinə görə, zəncəfil bitkinin kökündə olan ginqerol maddəsi sayəsində xərçəng əleyhinə xüsusiyyətlərə malikdir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ