SON DƏQİQƏ

Bu əlamət sağalmaz xəstəlikdən xəbər verir

Tarix:

12-01-2021, 09:21

/ 5 026 dəfə oxundu.
Bu əlamət sağalmaz xəstəlikdən xəbər verir

Alimlər müəyyən ediblər ki, insanlarda iybilmə hissinin itməsi parkinson xəstəliyinin erkən əlamətləri sırasına aiddir.

Bu barədə "Express” nəşri yazıb.

Parkinson Fondundan nəşrə verilən məlumata görə, bu xəstəlikdən əziyyət çəkən pasiyentlər tez-tez bildirirlər ki, titrəmə və başqa yayılmış əlamətlərin inkişafından bir neçə il əvvəl onların qoxuları hiss etməsi qabiliyyəti itib.

Lakin iybilmə qabiliyyətinin itməsi heç də bütün pasiyentlərdə müşahidə olunmur. Amma tədqiqatlar göstərir ki, xəstələrin 90%-i qoxuları hiss etmir.

Qeyd edilir ki, bəzən qoxubilmə xəstəliyin diaqnostikasından 10 il əvvəl itə bilər.

Xatırladaq ki, iybilmə duyğusunun itməsi həmçinin koronavirus infeksiyasının tez-tez rast gəlinən əlamətidir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ