SON DƏQİQƏ

Uşaqlarda yaranan ishalın müalicəsi

Tarix:

19-11-2020, 22:49

/ 1 446 dəfə oxundu.
Uşaqlarda yaranan ishalın müalicəsi

Uşaqlarda müşahidə olunan ishal əsas problemlərdən biridir. İshal olan uşaqlar ilk olaraq pediatra müraciət etməlidirlər. Çünki əsas səbəb araşdırılmalıdır.

İlk olaraq qeyd edək ki, ishal 24 ərzində uşağın 3 dəfədən artıq sulu çölə çıxmasıdır(tualet ehtiyacı).

Əmizdirilən körpələrdə isə bu rəqəm daha çoxdur. İshalın təsiri ilə uşaqlarda qusma,qarın ağrısı, qızdırma ola bilər.

Kartof - İshaldan xilas olmağa kömək edəcək. Kartofun tərkibindəki nişasta sayəsində sulu axıntı sərtləşə bilər və ishal nəzarət altına alına bilər. Bişirilən zaman duz atılması məsləhət görülür.

Zəncəfil - Mədə və bağırsaqdakı infeksiyalara və həzmsizliyə müsbət təsir göstərir. Qan dövranı sürətlənir. Zərərli bakteriyalar azalır. Bir parça zəncəfili bir stəkan suda qaynadın və soyuduqdan sonra uşağa içizdirin.

 

Limon - Mikrob öldürücü xüsusiyyəti sayəsində ishala səbəb olan bakteriyalar məhv olur. Tərkibi C vitamini ilə zəngindir. Bir stəkan suya 2 şirniyyat qaşığı limon suyu əlavə edin və gündə 1-2 dəfə uşağınıza içizdirin.

Banan - Tərkibində olan maddələr qəbizlik yaradır. Bunun üçün ishala çox faydalıdır. Bu səbəbdən ishal olan uşağınıza istədiyiniz qədər banan yedizdirə bilərsiniz.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ