SON DƏQİQƏ

Bu şəxslərdə koronavirusa qarşı immunitet var

Tarix:23-09-2020, 19:25 Oxunub:4 369

Danq qızdırması keçirmiş insanlar koronavirusa qarşı immunitet qazanmış ola bilərlər.

Bu versiyanı ABŞ-ın Dyuk Universitetinin professoru Migel Nikolelis irəli sürüb. Alim COVID-19 və qızdırmanın coğrafi bölgə üzrə yayılmasını müqayisə edib. Koronavirus infeksiyası daha az olan və xəstələnmə sayı daha yavaş artan yerlərdə yaşayanların bu il və keçən il danq xəstəliyi ilə qarşılaşdıqları aşkar edilib.

"Bu təəccüblü tapıntı danq flavivirus serotipləri ilə SARS-CoV-2 arasında maraqlı immunoloji çarpaz reaktivlik ehtimalını artırır”, - Nikolelis deyib. O, əvvəlki tədqiqatlarda danq qızdırması ilə COVID-19 antikorları arasında əlaqə olduğunu xatırladıb. Bu təsir müxtəlif patogen ailələrə mənsub olmasına baxmayaraq, iki virus arasındakı immunoloji qarşılıqlı əlaqəni göstərə bilər.

Nikolelis bildirib ki, danq ilə koronavirusun əlaqəsi doğru olduğu təqdirdə danq və ya danq əleyhinə vaksinasiya COVID-19-a qarşı müəyyən dərəcədə qorunma təmin edə bilər.

Danq qızdırması intoksikasiyaya, əzələlərdə və oynaqlarda ağrıya, huşsuzluğa, limfa düyünlərinin şişməsinə səbəb olan kəskin viral xəstəlikdir. Hər il xəstəlikdən 20 minə qədər insan ölür.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<