SON DƏQİQƏ
» » Qadınlar bol-bol yesin - xərçəngin düşməni olan qidalar

Qadınlar bol-bol yesin - xərçəngin düşməni olan qidalar

Tarix:

18-09-2020, 17:46

/ 4 525 dəfə oxundu.
Qadınlar bol-bol yesin - xərçəngin düşməni olan qidalar

Xərçəng dünyada ən çox insan ölümünə səbəb olan bəlalardan biridir.

Stres, ətraf mühitin mənfi təsirləri, qeyri-sağlam qidaların rasiona daxil olması son dövrlərdə bu xəstəliyə yoluxanların sayını həm artırıb, həm də xəstəliyi gəncləşdirib. Bu xəstəlikdən qorunmaq üçün isə mütəxəssislər sağlam həyat tərzi keçirməyi daha çox məsləhət görürlər.

Əsrimizin bəlası hesab edilən xəstəliyin ən çox rast gəlinən növlərindən biri də süd vəzi xərçəngidir. Aparılan bir çox araşdırma sağlam qida-meyvə-tərəvəz qəbulu ilə xərçəng arasında əlaqənin olduğunu üzə çıxarıb. Bəzi məhsullar bu problemlə qarşılaşma riskini azaldır, ömrü uzadır, müalicə prosesinin müsbət təsirini artırır, xəstə hüceyrələrin yayılmasının qarşısını alır. Bəs bu məhsullar hansılardır?

Soya tərkiblilər - quru lobya, noxud, yaşıl noxud

Meyvələrdən - limon, portağal, manqo, qreypfrut, alma

Tərəvəzlər -  brokoli, brüssel kələmi, gül kələm, çuğundur

Ədviyyatlar - zəncəfil, sarımsaq, çörək otu, qırmızı və qara istiot, zəfəran

Sağlam şəxslərə süd vəzi xərçəngi riskini azaltmaq üçün bu məhsullardan istifadə tövsiyyə edilir. Xəstəliklə mübarizə aparanlar isə kimyaterapiya zamanı dərmanlarla qarşılıqlı təsirləri barədə həkimlə məsləhətləşməlidirlər.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ