SON DƏQİQƏ

Qadınların kökəlməsinin daha bir səbəbi

Tarix:

1-08-2020, 08:48

/ 2 778 dəfə oxundu.
Qadınların kökəlməsinin daha bir səbəbi

Sosial əlaqələri az olan qadınlar kişilərə nisbətən daha tez kökəlirlər.

"Report” xəbər verir ki, belə bir qənaətə Kanadadakı "British Columbia” Universitetinin alimləri gəlib.

Qeyd olunub ki, mütəxəssislər 28 238 insanın sosial əlaqələrini, bədən çəkisini, bel nahiyəsini və bədənin piylənməsini təhlil ediblər.

Məlum olub ki, tək yaşayan qadınların - Məsələn: subay, dul, boşanmış və başqaları ilə az təmasda olanlar ən böyük bel nahiyəsinə sahibdirlər. Bu isə bədən çəkisinin artması nəticəsində meydana gəlir.

Kişilər arasında bunun əksi müşahidə olunub. Belə ki, sosial təması çox və evli kişilər subaylara nisbətən daha çox kökəlməyə meyillidirlər.


скачать dle 12.1

Şərhlər